Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Məhkəmə Hakimiyyətinin Statistika və İnformasiya Texnologiyaları Mərkəzi rəhbərinin müavini Məhəmməd Kazımifərd Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi ilə görüşüb və fikir mübadiləsi aparıb.
Məlumata əsasən, görüş zamanı doktor Kazımifərd Məhkəmə Hakimiyyətinin Statistika və İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti barədə hesabat təqdim edib.
Elmi hövzələrin rektoru Ayətullah Ərafi də öz növbəsində Məhkəmə Hakimiyyətinin Statistika və İnformasiya Texnologiyaları Mərkəzində həyata keçirilən fəaliyyətlərdən məmnunluğunu ifadə edərək, hakimlərin işinin asanlaşdırılması və məhkəmə işlərinə baxılaraq onların həllinin sürətləndirilməsi məqsədilə müasir texnologiyalardan istifadə və onların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Rəyiniz